“Sumqayıt”ın baş məşqçisi: “Qalib gələ bilərdik, amma alınmadı”
30.11.2024 - 23:24
“Sumqayıt”ın baş məşqçisi: “Qalib gələ bilərdik, amma alınmadı”

Azərbaycan Basketbol Liqasının IV turunun "Quba" - "Sumqayıt" görüşündən (97:83) sonra qonaqların baş məşqçisi Aleksandr Mixaylov klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis matç barədə fikirlərini bölüşüb:

"Oyunun əvvəlindən nəzarəti ələ aldıq, heç də pis təsir bağışlamadıq. Xal da qazanırdıq. Fərqi artıra bilərdik, amma bunu bacarmadıq. Fərq böyüsəydi, rahat istədiyimizi edə bilərdik. Təəssüf ki,  hər oyunun gedişində başımıza bir iş gəlir. Bu dəfə də matç zamanı zədə səbəbindən Derrik Nyutonu itirdik. Dünən sıralarımıza qoşulan Javaun Deniels hazır olmadığına görə oyuna qoşula bilmədi. Tam olaraq rotasiyadan istifadə edə bilmədik. Rəqib "dişimizə"ə görə idi. Qalib gələ bilərdik, amma alınmadı. Lazım olan anda doğru qərar vermək lazımdır. Ribaundları uduzduq, bu da məğlubiyyətə yol açdı".

writer photo
Əlirza Əlirzalı
0