Levandovskidən unikal uğur - Ronaldo və Messidən sonra üçüncü oldu
27.11.2024 - 11:17
"Barselona"nın təcrübəli ulduzu Robert Levandovski unikal uğura imza atıb.
Apasport.az xəbər verir ki, Levandovski Çempionlar Liqasının V turunda "Brest"in qapısına 2 qol vurub.
Bu qollarla ulduz futbolçu Çempionlar Liqası tarixində 101 qol vurub. Robert Levandovski Çempionlar Liqası tarixində Kriştiano Ronaldo və Lionel Messidən sonra 100 qol vuran üçüncü futbolçu olub.
Qeyd edək ki, Robert Levandovskinin dublu və Dani Olmonun qolu ilə rəqibini 3:0 hesabı ilə məğlub edən Hansi Flikin komandası xalını 12-yə çatdırıb.
- Tərlan Əhmədov: “Çempionluq uğrunda mübarizə “Zirə”, “Neftçi” və “Qarabağ” arasında gedəcək”. - Müsahibə
- "Betis"in hücumçusu ərəblərin diqqətində
- Voyislav Stankoviç: “Bojoviç “Neftçi”də daha fərqli işlər görə bilər” - Müsahibə
- “Frayburq” - “Qarabağ”: İvan nə deyir?
- Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
0
0