“Qalatasaray”dan vacib 3 xal
17.12.2024 - 00:12
“Qalatasaray”dan vacib 3 xal

Türkiyə Super Liqasında XVI tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir matç baş tutub.

Lider "Qalatasaray" "Trabzonspor"u qəbul edib. Görüşdə 7 qol vurulub. 

Meydan sahibləri erkən qolla hesabı açıb. Dris Mertens komandasını önə keçirib. Lakin çox keçmədən Ozan Tufan oyuna bərabərlik gətirən qolu vurub. İlk yarının ortalarında Yunus Akgün "sarı-qırmızılılar"a yenidən üstünlüyü gətirib.

İkinci hissədə hesabda geri düşən "Cimbom" nəticədə qalib gəlməyi bacarıb. Simon Banza və Ozan Tufanın qollarına Mişi Batşuayi dublla cavab verib - 4:3.

Bu qələbə ilə xallarının sayını 41-ə çatdıran "Qalatasaray" ən yaxın rəqibi "Fənərbaxça"nı 6 xal qabaqlayır.

Türkiyə Super Liqası
XVI tur
"Qalatasaray" - "Trabzonspor" 4:3

Qollar: D. Mertens, 8, Y, Akgün, 29, M. Batşuayi, 69-p. 90+8 - O. Tufan, 17, 55, S. Banza, 51

writer photo
Əlirza Əlirzalı
0