"Siti"dən antirekord
27.11.2024 - 10:58
"Siti"dən antirekord

Çempionlar Liqasının Liqa mərməhələsinin V turunda "Mançester Siti" "Feyenoord" la üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, ardıcıl 5 matçda məğlub olan Pep Qvardiolanın yetirmələri görüşdə 3:0 önə keçsə də, 75-ci dəqiqədən sonra "Feyenoord" 3 qolla hesabı bərabərləşdirib. 

Bu nəticə ilə "Mançester Siti" Çempionlar Liqasında yeni antirekorda imza atıb.

Belə ki, Mançester təmsilçisi ÇL tarixində 75-ci dəqiqədə 3:0 hesabı ilə öndə olan, lakin qalib gələ bilməyən ilk komanda olub.

Qeyd edək ki, "Siti" turnir cədvəlində 8, "Feyenoord" isə 7 xala yüksəlib.

 

writer photo
Əlirza Əlirzalı
0