ABŞ şirkəti İtaliya klubunu alıb
15.01.2025 - 22:51
İtaliya A Seriyası komandalarından “Hellas Verona”nın yeni sahibinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, klubun hissələri ABŞ şirkəti “Presidio İnvestors” tərəfindən alınıb.
Tərəflər arasında razılaşmaya əsasən, şirkət Verona təmsilçisinin əvvəlki sahibinə 130 milyon avro ödəniş etməli olacaq.
Qeyd edək ki, “Hellas Verona” A seriyasında 19 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
0
0