"Bavariya" əfsanə futbolçusunun formasını əbədiləşdirib
09.12.2024 - 16:58
"Bavariya" əfsanə futbolçusunun formasını əbədiləşdirib

Almaniyanın "Bavariya" klubu Frans Bekenbauerin xatirəsini əbədiləşdirmək üçün qərar verib.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisi əfsanəvi müdafiəçinin geyindiyi 5 nömrəli formanı əbədiləşdirib.

Bundan sonra komandada heç kim bu formanı geyinməyəcək.

Qeyd edək ki, Frans Bekenbauer 1945-2024-cü illərdə yaşayıb. O, yetirməsi olduğu "Bavariya"nın əsas komandasında 13 il çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0