İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Tottenhem” “Çelsi”ni qəbul edib.
Apasport.az xəbər verir ki, "Çelsi"nin ispaniyalı sol cinah müdafiəçisi Mark Kukurella matçın ilk 10 dəqiqəsində ayağının sürüşməsi nəticəsində topu iki dəfə itirib. “Tottenhem” həmin səhvlərdən yararlanaraq rəqib qapısına yol tapıb.
26 yaşlı futbolçu səhvlərdən dərhal sonra yeni butslarla oyuna davam edib.
O, oyundan sonra köhnə idman ayaqqabılarını zibil qutusuna atıb. Bu barədə sosial media hesabından paylaşım edən Kukurella etdiyi səhvlərə görə azarkeşlərdən üzr istəyib.
Qeyd edək ki, London derbisində sevinən tərəf “Çelsi” olub. “Mavilər” səfərdə 4:3 hesabı ilə qələbə qazanıblar.