Dünya Kubokunun qalibi: "Məni alın, maaşsız da oynayaram"
11.12.2024 - 14:51
Dünya Kubokunun qalibi:  "Məni alın, maaşsız da oynayaram"

2014 Dünya Kuboku çempionu Kristof Kramer Almaniya Bundesliqa komandalarından "Borussiya Münhenqladbax"dan ayrıldıqdan sonra peşəkar futbolçu karyerasında gözlənilməz vəziyyətlə qarşılaşıb.

Apasport.az xəbər verir ki, heç bir klub, o cümlədən Bundesliqanın aşağı liqalarında çıxış edən komandalar 33 yaşlı futbolçuya transfer təklifi etməyib.

Kramer yay transfer dövründə heç bir təklif almadığını və bunun məyusedici olduğunu bildirib: 

“Sərbəst agent olduqdan sonra bir çox klubun mənlə maraqlanacağını düşünürdüm, amma bu, heç də belə olmadı”.

Hətta yarımmüdafiəçi bəzi klublarla şəxsən əlaqə saxladığını qeyd edib: 

"Heç bir klubun mənə ehtiyacı yoxdur? Mən pul istəmirəm, sadəcə futbol oynamağa davam etmək istəyirəm. Futbolçu kimi əvvəlki qədər istənilmədiyimi hiss etmək məni çox incidir".

Qeyd edək ki, Kramer karyerası boyunca 499 matça çıxıb, 18 qol, 23 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0