Ərəblər türkiyəli hakimdən imtina etdilər
10.12.2024 - 10:33
Ərəblər türkiyəli hakimdən imtina etdilər

Türkiyəli hakim Halil Umut Meler noyabrın 30-da Səudiyyə Ərəbistanı çempionatının XII turunda "Əl Şabab" - "Əl Hilal" (1:2)  matçını idarə edib. 

Apasport.az xəbər verir ki, qarşılaşma hakim səhvləri ilə yadda qalıb. 

Belə ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Manuel Navarro Halil Umut Meleri bir daha matçlarına çağırmayacaqlarını bildirib:

"Matçda ciddi səhv edən hakim varsa, onu bir daha matçlarımıza çağırmayacağıq. "Əl-Hilal" - "Əl-Şəbab" matçında nəticəyə təsir edən hakim səhvləri var idi”.

“Əl-Şabab” “Əl Hilal”la matçdan sonra Meleri Hakimlər Komitəsinə şikayət edib.

Qeyd edək ki, türkiyəli hakim “Əl-Hilal”ın futbolçusu Kalidou Koulibalı və “Əl-Şabab”ın futbolçusu Nader Abdullah Əl Şərarini qırmızı vərəqə ilə meydandan qovub. Həmçinin ev sahibinin qolunu ləğv edib.

writer photo
Əlirza Əlirzalı
0