"Fənərbaxça"nın sabiq baş məşqçisi Premyer Liqa yolunda
16.12.2024 - 16:20
"Fənərbaxça"nın sabiq baş məşqçisi Premyer Liqa yolunda

"Vulverhempton" baş məşqçi postuna axtarışlarını yekunlaşdırmaq üzrədir.

Apasport.az xəbər verir ki, klub artıq bu barədə qərarını verib.

"Qurdlar" həmin vəzifəyə Vitor Pereyranı təyin etməyə yaxındır. Tərəflər arasında danışıqlar müsbət nəticələnib. 

Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" və "Olimpiakos" kimi komandaları çalışdırmış Pereyra hazırda "Əl-Şəbab"ın sükanı arxasındadır.

writer photo
Əlirza Əlirzalı
0