Futbol tarixinin ən yaxşı driblinqçiləri - Messi üçüncüdür
02.12.2024 - 14:15
Futbol tarixinin ən yaxşı driblinqçiləri - Messi üçüncüdür

Britaniyanın nüfuzlu “Give me Sport” portalı futbol tarixinin ən yaxşı driblinqçilərinin siyahısını hazırlayıb.

Apasport.az xəbər verir ki, sıralamada 1-ci yeri əfsanəvi braziliyalı cinah oyunçusu Qarrinça tutub.

Mərhum sabiq forvard Dieqo Maradona 2-ci, Argentina millisinin üzvü Lionel Messi 3-cüdür.

Qeyd edək ki, Kriştiano Ronaldo ilk "10-luğ"a düşə bilməyib. 

Futbol tarixinin ən yaxşı driblinqçiləri:

1. Qarrinça (Braziliya) - 1951-197-ci illər

2. Dieqo Maradona (Agentina) - 1976-1997-ci illər

3. Lionel Messi (Argentina) - 2003-cü ildən bu günədək

4. Corc Best (Şimali İrlandiya) - 1963-1984-cü illər

5. Yohan Kroyff (Niderland) - 1964-1984-cü illər

6. Ronaldinyo (Braziliya) - 1998-2015-ci illər

7. Ser Stenli Matyus (İngiltərə) - 1932-1965-ci illər

8. Omari Sivori (Argentina&İtaliya) - 1954-1969-cu illər

9. Neymar (Braziliya) - 2009-cu ildən bu günədək

10. Eden Hazard (Belçika) - 1964-1984--cü illər

writer photo
Əlirza Əlirzalı
0