"Hatayspor"un prezidenti istefa verdi
25.12.2024 - 21:29
"Hatayspor"un prezidenti istefa verdi

Türkiyə Super Liqasında daha bir ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, "Hatayspor"un prezidenti Levent Mıstıkoğlu istefa verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, komandanın maraqlarını ön planda tutduğu üçün vəzifəsindən ayrıldığını bildirib.

Qeyd edək ki, "Hatayspor" 9 xalla 18-ci sırada qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0