İrqçiliyə görə saxlanılan futbolçular azadlığa buraxılıb
29.12.2024 - 15:48
İrqçiliyə görə saxlanılan futbolçular azadlığa buraxılıb

Argentinanın “River Pleyt” və Braziliyanın “Qremio” komandaları arasında keçirilmiş oyunda saxlanılan qadın futbolçular barədə qərar verilib.

Apasport.az xəbər verir ki, irqçi hərəkətlərə görə həbs edilən “River Pleyt”in dörd oyunçusu azadlığa buraxılıb.

Kandela Dias, Kamila Duarte, Xuana Kanqaro və Milaqros Dias proses yekunlaşana qədər hər ay Braziliyanın San-Paulu şəhərində yerləşən məhkəmədə dindiriləcəklər.

Qeyd edək ki, dekabrın 21-də reallaşan matçda Argentina yığmasının üzvü Kandela Diaz rəqib oyunçuya irqçi sözlər işlətdiyi üçün meydanda kütləvi dava baş verib. Qarşılaşmanın baş hakimi 6 futbolçuya qırmızı vərəqə göstərib.

writer photo
Əlirza Əlirzalı
0