İspaniya millisinin üzvü PSJ-ni tərk edə bilər
16.01.2025 - 20:58
İspaniya millisinin üzvü PSJ-ni tərk edə bilər

Futbol üzrə Fransa Liqa 1 komandalarından PSJ-də ayrılıq baş verə bilər.

Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Marko Asensio klubda xoşbəxt deyil və tezliklə Paris təmsilçisindən ayrıla bilər.

28 yaşlı yarımmüdafiəçi əsas heyətdəki mövqeyini itirib və bu səbəbdən komandanı tərk etmək istəyir.

İspaniyalı futbolçu ilə “Real Sosyedad”, “Nyukasl Yunayted”, “Aston Villa” və “Yuventus” yaxından maraqlanır.

Sonuncu dəfə ötən ilin dekabr ayında rəsmi matça çıxan Asensio baş məşqçi Luiz Enrikenin planlarına daxil deyil.

Qeyd edək ki, bu mövsüm PSJ-nin heyətində iştirak etdiyi 15 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0