"Real Madrid" və ya "Hatayspor"la oynamağın fərqi yoxdur".
Apasport.az xəbər verir ki, bunu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis qış fasiləsindən yaxşı istifadə etdiklərini qeyd edib:
"Futbolçuların dincəlməsi üçün qısa fasilə verdik. Ardıcıl 9 gün məşq etdik. Mövsümün ortasında belə bir fürsət tapmaq çətindir. Biz çox çalışdıq.
"Hatayspor"u niyə analiz edirsiniz?" sualı mənə təsir etmir. Fərqi yoxdur, komandam "Real Madrid"lə oynayır, yoxsa "Hatayspor"la. İşimə həmişə diqqətlə yanaşıram. Rəqiblərimizə qarşı hörmətim hər zaman eynidir".
61 yaşlı portuqaliyalı "Qalatasaray"ın "Göztepe" (2:1) ilə matçını da şərh edib:
"Dünənki qalmaqala baxmaqdansa, "Hatayspor"un matçını izləməyi üstün tuturam. Bu qalmaqallar hər həftə baş verməyə başlayıb. Vaxtımı onlara baxmaqla keçirmək istəmirəm. Daha çox "Washington DC" serialındakı skandalları izləməyə üstünlük verirəm".