"Barselona"nın hücumçusu Robert Levandovski La Liqada qol vurmağa davam edir.
Apasport.az xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə "Betis"lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-ya çatdırıb.
36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.
Bununla da, Levandovski Lionel Messiyə aid olan rekordu təkrarlayıb. "Barselona"nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı.
Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.