“Milan”dan “Fənərbaxça”ya rədd cavabı
17.01.2025 - 23:38
“Milan”dan “Fənərbaxça”ya rədd cavabı

Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Milan” “sarı-lacivərdlilər”in Straxinya Pavloviç üçün 18 milyon avroluq təklifini rədd edib.

“Rassonyerilər” Türkiyə təmsilçisinə oyunçu üçün bu məbləğin az olduğunu bildirib.

Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi ötən il İtaliya klubuna “Salzburq”dan 18 milyon avroya cəlb edilib.

Qeyd edək ki, serbiyalı futbolçu bu mövsüm A Seriyası təmsilçinin heyətində çıxış etdiyi 14 rəsmi matçda 1 qol ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0