“Qalatasaray” yeni mövsüm üçün hücumçusu Mauro İkardi ilə danışıqlara start verib.
Apasport.az saytı xəbər verir ki, 30 yaşlı futbolçunun agenti Vanda Nara İstanbul təmsilçisinin qarşısına şərtlər qoyub.
O, Fransa PSJ-si ilə 1 illik müqaviləsi qalan argentinalının birdəfəlik transfer edilməsini və “Qalatasaray”a 3 illik anlaşma müqabilində 18 milyon avro maaş tələbini irəli sürüb. Qazanılacaq kubok və oyun sayına görə də əlavə bonuslar istəyən Nara ilk görüşdən sonra danışıqların onları qane etdiyini də deyib.
Qeyd edək ki, son mövsümdə 26 matçda iştirak edən Mauro 23 dəfə fərqlənməyi bacarıb.
- Böyük gərginlik: "Qalatasaray" TFF prezidentini istefaya çağırır
- “Ödənişli” kuponlarda REKORD: 25 UDUŞ, 86,92 əmsal
- "Mançester Yunayted" iki müdafiəçi ilə danışıqlar aparır
- "Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayıb
- Yaşar Vahabzadə: "Qarabağ"dan başqa çempionluğa oynayan klub yoxdur" - Müsahibə