Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
16.12.2024 - 14:56
Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

İngiltərənin “Sauthempton” klubunda baş məşqçi Rassel Martin ilə yollar ayrılıb.

Apasport.az xəbər veri ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Martin “Tottenhem”ə 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

38 yaşlı mütəxəssis 2023/24 mövsümünün iyul ayından komandanı çalışdırırdı. 

“Sauthempton” çempionatda 16 turdan sonra 5 xalla 20 komanda arasında sonuncudur.

writer photo
Əlirza Əlirzalı
0