Qasperini ən yaxşı adına layiq görülüb
07.12.2024 - 13:56
Qasperini ən yaxşı adına layiq görülüb

İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Apasport.az xəbər verir ki, bu ada "Atalanta"nı çalışdıran Can Pyeri Qasperini layiq görülüb.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Atalanta" noyabr ayında A Seriyasında keçirdiyi 3 oyunda 3 qələbə qazanıb. Berqamo təmsilçisi 15 turdan sonra 34 xalla birinci sıradadır.

writer photo
Əlirza Əlirzalı
0