Qvineyada hakimin qərarı 100 nəfərin ölümünə səbəb olub
02.12.2024 - 16:18
Qvineyada hakimin qərarı 100 nəfərin ölümünə səbəb olub

Qvineya Respublikasında keçirilən futbol matçında hakimin qərarı faciəyə səbəb olub.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Mamadi Dumbuyanın şərəfinə “Enzekore” və “Labe” komandaları üz-üzə gəlib.

Görüşün sonlarında baş hakimin qərarı “Labe” tərəfdarlarını qəzəbləndirərək, meydançaya daş atmalarına səbəb olub. Hadisəyə dərhal polis müdaxilə edib.

Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu zaman azarkeşlər stadiondan qaçmağa başlayıblar və çıxışlarda sıxlıq yaranıb. Azarkeşin çoxu boğularaq və ya küçəyə çıxmaq istəyərkən stadionun divarlarından yıxılaraq ölüb.

Məlumata görə, ixtişaşlar zamanı 100-dən çox insan həlak olub.

writer photo
Əlirza Əlirzalı
0