"Sabah"dan Merih Demiralla bağlı transfer açıqlaması
18.12.2024 - 11:40
"Sabah"dan Merih Demiralla bağlı transfer açıqlaması

Türkiyə millisinin futbolçusu Merih Demiralın adı bir müddətdir ki, İstanbul klubu "Fənərbaxça" ilə gündəmə gəlir. 

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasında çıxış edən Merihin hazırkı klubunda illik 10 milyon avro olan maaşı səbəbindən "Fənərbaxça"ya transferini çətinə salan ən böyük amildir.

Buna baxmayaraq, milli futbolçu ilə yay transfer dövrü üçün danışıqlar aparılacaq. 

Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq mərkəz müdafiəçisi cari mövsümdə 18 matçda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, "Fənarbaxça"nın yetirməsi Merih karyerası boyunca "Alkanense", "Sportinq", "Sassuolo", "Alanya", "Atalanta" və "Yuventus" kimi klublarda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0