Sabiq "Qalatasaray"lı 45 yaşında karyerasını bitirib
04.12.2024 - 14:58
Sabiq "Qalatasaray"lı 45 yaşında karyerasını bitirib

Yaponiya millisinin sabiq üzvü Juniyti İnamota karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, son olaraq ölkəsində "Nankatsu" klubunda çıxış edən 45 yaşlı yarımmüdafiəçi keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb.

O, artıq komandasına fayda verə bilməyəcəyini hiss etdiyini və buna görə karyerasını bitirdiyini bildirib.

Qeyd edək ki, 2006-2007 mövsümündə "Qalatasaray"da çıxış edən İnamota Avropada "Vest Bromviç", "Kardiff", "Ayntraxt" (Frakfurt) və "Renn" klublarında da oynayıb. 

writer photo
Əlirza Əlirzalı
0