Bir neçə gündür “Fənərbaxça”nın gündəmini zəbt edən Allan Sent-Maksimin transferi hər an yekunlaşa bilər.
Apasport.az xəbər verir ki, İstanbul klubu fransız futbolçunu transfer hüququ ilə birgə icarəyə götürmək istəyir.
Türkiyə mediasında yazılan xəbərlərə görə, futbolçunun təklifi qəbul etməsində əsas rolu Joze Mourinyo oynayıb.
“Fənərbaxça” və “Əl-Əhli” arasında danışıqlar davam edir. “Əl-Əhli” rəhbərliyi Sent-Maksiminin komandada qalmasını istəmir.
Qeyd edək ki, 27 yaşlı vinger hazırki komandasına 27 milyon avro qarşılığında “Nyukasl Yunayted”dən qoşulmuşdu. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 30 oyuna çıxıb, 4 qol vurub, 10 qol ötürməsi edib.
- “Apasport”dan 3 uduş, “Ödənişli” kuponlarda daha bir dubl
- Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
- Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə
- "Qalatasaray"da İlkay Gündoğan səsləri
- “Apasport”dan 9 uduş: “ÖDƏNİŞLİ”DƏ DAHA BİR QAZANC