“Siti”nin futbolçusu İtaliya nəhəngində
22.01.2025 - 21:57
"Mançester Siti"nin müdafiəçisi Kayl Uolker icarə əsasında "Milan"da çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano sosial şəbəkə hesabında yazıb.
Razılaşmanın şərtlərinə görə, "Milan" 34 yaşlı futbolçu ilə müqavilənin müddətini 2027-ci ilin iyununa kimi artırmaq hüququna malik olacaq.
Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb.
0
0