Türkiyə millisinin sabiq üzvü vəfat edib
05.01.2025 - 23:48
Türkiyə millisinin sabiq üzvü vəfat edib

Türkiyə millisinin keçmiş üzvü Yılmaz Urul vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Sabiq qapıçı 82 yaşında həyata gözlərini yumub. O, 1965-ci ildə əsas yığmaya çağırılıb və 4 dəfə "ay-ulduzlu" formanı geyinib.

Qolkiper karyerası ərzində "İstanbulspor", "Fənərbaxça" və "Mersin İdman Yurdu"nun şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0