“Yunayted” utanılası tilsimi qırdı: 6 ildən sonra ilk dəfə
06.01.2025 - 15:52
“Yunayted” utanılası tilsimi qırdı: 6 ildən sonra ilk dəfə

İngiltərə klublarından “Mançester Yunayted” 6 illik həsrətə son qoyub.

Apasport.az xəbər verir ki, Premyer Liqanın XX turunda “qırmızı şeytanlar” səfərdə “Liverpul”la 2:2 hesablı heç-heçəyə razı olub.

Komanda bununla da “Enfild”də 6 ildən sonra ilk dəfə qol vurmağı bacarıb.

Sonuncu dəfə 2018-ci ildə Cessi Linqard (3:1) “mersisaydlıların” qapısına yol tapmağı bacarmışdı. 

Qeyd edək ki, “Maçester Yunayted” 23 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0