“Qarabağ”ın sabiq futbolçusu, “Şkendiya”nın keçmiş baş məşqçisi Artim Şakiri Apasport.az saytına müsahibə verib.
- "Şkendiya" - "Qarabağ" oyunu ilə bağlı təəssüratınız necədir?
- Mənim üçün çoxlu epizodlarla dolu olan, yalnız bir qolla başa çatan yaxşı oyun oldu. "Qarabağ" topa nəzarət etməyə çalışsa da, "Şkendiya" öz keyfiyyətini nümayiş etdirdi. Onlar görüşün cəmi 0:1 bitməsinə səbəb oldu. Həm “Şkendiya”nın, həm də “Qarabağ”ın qapıçısı yüksək formada olduğunu göstərdi. Mənim üçün oyunun ən yaxşıları hər iki qapıçı idi.
- Hesab gözlənilməz oldu? Sizcə, “Şkendiya” FKSB klubuna qarşı daha yaxşı mübarizə aparıb?
- Oyun necə başladı? Düzünü desəm, erkən qoldan sonra hər iki komanda ifasında daha çox qol gözləyirdim. Amma dediyim kimi, qapıçılar daha çox qol vurulmasına imkan vermədilər. Ümumilikdə yaxşı oyun oldu.
- “Şkendiya" Bakıda geri dönüş edə bilər? Yoxsa “Qarabağ” yenə Bakıda qalib gələcək?
- İkinci oyunda “Şkendiya”nın itirəcəyi bir şey yoxdur. Onlar Bakıya qələbə qazanmaq məqsədilə gələcək. Futbolda hər şey mümkündür. Əminəm ki, Şimali Makedoniya təmsilçisi sona qədər mübarizə aparacaq.
- “Qarabağ” haqda fikirləriniz necədir?
- “Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi var. Artıq 12 ildir ki, qrup mərhələsində mübarizə aparırlar. Bu fakt özü çox şeyi göstərir. Təbii ki, bu, “Qarabağ” üçün böyük nailiyyətdir.
- Maraqlıdır, Qurban Qurbanov və ya “Qarabağ”dan kiminləsə görüşdünüz?
- Əslində, belə bir fikir var idi. Amma təəssüf ki, nə Qurban Qurbanovla, nə də başqa kiminləsə görüşə bilmədim. Evdə qalıb oyuna televizordan baxdım. Maraqlı və gərgin mübarizənin şahidi olduq.
- Avropa çempionatı: Rəşid Məmmədəliyev bürünc medal üçün yarışacaq
- Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"
- Adadan "Trabzonspor"a - 8 milyon avroluq transfer
- “Beşiktaş”a keçidi baş tutmayan futbolçu “Vest Hem”də - RƏSMİ
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO