Emil Qasımov mükafatlandırılıb
19.02.2025 - 15:13
Emil Qasımov mükafatlandırılıb

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan Emil Qasımov mükafatlandırılıb.

Apasport.az xəbər verir ki,bu barədə PFL məlumat yayıb. 

“Karvan” klubunun futbolçusuna mükafatları XV turun “ASCO Arena”da keçirilən “Cəbrayıl” – “Karvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.