Felipe Santos: “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq"
14.08.2025 - 12:29
“Bakıdakı matçda istədiyimiz nəticə olmadı. Bunu hamımız başa düşürük".
Bu sözləri Apasport.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos deyib.
Braziliyalı futbolçu Nikosiyada uğurlu nəticə üçün oynayacaqlarını bildirib:
“Hər halda, həmin görüş geridə qaldı. Biz budəfəki matça hazırlaşmışıq. Futbolda hər şey mümkündür. “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, “Omoniya” – “Araz-Naxçıvan” görüşü bu gün Nikosiyada keçiriləcək və matça Bakı vaxtı ilə 21:00-da start veriləcək.
- Türkiyə millisinin üzvü "Yuventus"un hədəfində
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- Miro Varvodiç: "Vaxtilə rəqiblər "Hayduk"dan çəkinirdilər"
- Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO
- Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi keçirilib
0
0