
Müqavilə ilə "Neftçi"yə məxsus olsa da, icarə əsasında "Turan Tovuz"da oynayan İsmayıl Zülfüqarlı Apasport.az saytına müsahibə verib
- "Turan Tovuz" son matçda 4:0 qalib gəldi "Kəpəz"ə. Bu il onlara 2:5 uduzmuşdunuz. Demək olar ki, revanş ab-havası var idi deyə, belə alındı görüş?
- Çempionatın son oyunu olsa da, matça çox ciddi hazırlaşmışdıq. Komandada hər kəs istəyirdi ki, bu görüşdə qalib gələk və azarkeşlərimizlə gözəl sağollaşaq. Qışda ilk matçda ağır məğlubiyyət almışdıq. Bunun əvəzini çıxmaq istəyirdik ki, hər şey istədiyimiz kimi oldu.
- İşin maraqlı tərəfi orasındadır ki, ilk hissədə 4 qol vurdunuz, amma ikinci hissədə qol vurmaq alınmadı. Qalib mühakimə edilməsə də, maraqlıdır, ikinci hissədə qolların davamını gətirmək niyə alınmadı?
- İkinci hissəyə çıxanda da, məqsədimiz qollar vurmaq idi. Sadəcə alınmadı şanssızlıq da yaşadıq. Amma ikinci hissəyə baxsaq, elə özümün bir topu qapı dirəyinə dəydi. Sadəcə dediyim kini, dəqiqlik çatışmadı.
- Ümumiyyətlə, dördüncü pilləni "Turan Tovuz' üçün necə dəyərləndirirsən?
- Mövsüm çox gərgin keçdi. Bəlkə də son illərin ən maraqlı mövsümü oldu. Amma komanda olaraq, çox əzmkar mövsün keçirdiyimizi düşünürəm. Daha da yaxşı ola bilərdik. Bəzi görüşlərdə etdiyimiz səhvlər buna imkan vermədi. Ümumi mövsünün isə yaxşı keçdiyini düşünürəm.
- Uzun müddət "Araz-Naxçıvan" qalib gələ bilməsə də, onlara çata bilmədiz. Niyə bunu etmək alınmırdı?
- Mövsümün sonuna çatdıqca, komandalar bir-birini daha yaxşı tanıyır və oyunlar daha gərgin alınır. Bəzi oyunlarda etdiyimiz səhvlər buna imkan vermədi.
- "Turan Tovuz"un avrokuboklara yollanıb-yollanmaması "Qarabağ"ın ölkə kubokunun finalında "Sabah"a qalib gəlməsindən asılıdır. Səncə, bu alınacaq? Yəqin ki, məcburiyyətdən onlara azarkeşlik edəcəksiz?
- İstəyim odur ki, "Qarabağ" qələbə qazansın və komandam Konfrans Liqasına yollansın. Düşünürəm ki, bunu haqq edirik. Amma Allahdan xeyirlisi olsun. Oyunu da izləyəcəm və "Qarabağ"ın qalib gəlməsini istəyəcəm.
- "Neftçi" ilə müqavilən qüvvədədir, yayda ora qayıdacaqsan? Yoxsa, yeni sezona "Turan Tovuz"da başlamaq istəyirsən?
- "Neftçi" ilə daha bir illik müqaviləm var. Bu kluba məxsusam. Ora geri dönəcəm və yeni sezonun necə olacağını, klubla ilə danışdıqdan sonra dəqiq biləcəm.
- Daha çox Denis Marandiçinin yoxluğunda daim oynamağa başladın. Öz performansını necə dəyərləndirirsən? Heç A millidən dəvət gözləyirdin?
- Denis Marandiçinin zədəsi komanda üçün ağır itki oldu. Onun yanımızda olmasını istəyərdim. Öz oyunuma gəldikdə, komandaya əlimdən gələn qədərilə kömək etdim. Baş məşqçimizin dediklərini yerinə yetirməyə çalışdım. Bu da çox oyunlarda alındı. Daha yaxşısını etmək istəyərdim. Gələcək üçün daha yaxşı olmağa çalışacam. Milli komandaya gəldikdə, yalan deməyim, təklif gələcəyini fikirləşirdim. Tək özümün yox, komandada bunu haqq edən oyunçular da var.