“Kristal Pelas”ın yetirməsi “Karvan”da - RƏSMİ
17.07.2025 - 09:53
“Kristal Pelas”ın yetirməsi “Karvan”da - RƏSMİ

2025/2026 mövsümündən etibarən Misli Premyer Liqasında iştirak etmək hüququ qazanan "Karvan" növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, Yevlax təmsilçisi İngiltərənin "Kristal Pelas" kollektivinin yetirməsi olan Kayl Spensini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumameyilli yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu son olaraq Şimali İrlandiyanın “Koleraine” klubunda forma geyinib. 28 yaşlı oyunçu burada 134 oyun keçirib 17 qol vurub və 6 məhsuldar ötürmə verib.