“Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibin turnir cədvəlində bizdən öndə olması da bunu açıq şəkildə göstərirdi. Əslində, bu qarşılaşma “Atletik”lə oyun öncəsi bizim üçün yaxşı bir sınaq oldu”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Leandro Andrade "Turan Tovuz"la oyundan (2:1) sonra deyib.
26 yaşlı futbolçu ilk hissədən sonra Qurban Qurbanovdan aldıqları tapşırıqlar barədə danışıb: “Birinci hissədə istədiyimiz oyunu göstərə bilmədik. Baş məşqçimiz fasilədə bizə meydanda daha aqressiv və intizamlı çıxış etməli olduğumuzu, həmçinin oyunumuzun ritmini dəyişməyin vacibliyini tapşırdı”.
Kabo-Verdeli oyunçu qarşıdan gələn “Atletik”lə matç barədə də fikirlərini bölüşüb: “Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Onların gücü və səviyyəsi hamıya məlumdur. Bizi çətin oyun gözləyir, amma əvvəlki qarşılaşmalarda olduğu kimi, rahat və inamla oynasaq, istədiyimiz nəticəni əldə edə bilərik. Möhtəşəm stadion, atmosfer və ab-hava bizi gözləyir. Özümüzə inanırıq".
Qeyd edək ki, “Atletik” – “Qarabağ” görüşü oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
- Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”
- Avropa Liqasında yox, Konfransda oynayacaq – “Kristal Pelas”a UEFA şoku
- Tedesko tarix yazdı: “Fənərbaxça”da bunu bacaran üçüncü məşqçi oldu
- “Qalatasaray”ın sabiq baş məşqçisi Meksika klubunda - RƏSMİ
- Bokçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb