Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürən oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunub.
Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.
- “Çelsi”nin baş məşqçisi: "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı”
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- Orxan Məmmədov: “Hər birimiz yığmamıza inanırıq”
- “Tottenhem” və “Yunayted” Qana millisinin üzvü ilə maraqlanır
- “Qarabağ”ın ÇL-dəki rəqibi bəlli olub