“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, komanda son olaraq Portuqaliyanın III Liqa klublarından olan “Paredes”də çıxış etmiş Rui Paçekonu transfer edib.
Premyer Liqa təmsilçisi 24 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi ilə bütün məsələlərdə razılıq əldə edib. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, “Paços de Ferreira” klubunun yetirməsi olan Rui Paçeko karyerası ərzində Portuqaliyanın “Rebordoza” komandasında da çıxış edib. O, həmçinin “Porto” və “Qondomar” klublarının aşağı yaş qruplarında da forma geyinib.
- "Qalatasaray"da Avropa matçı öncəsi 6 İTKİ
- "Real"ın 3 futbolçusu zədəsini sağaldıb - "Bavariya"ya qarşı oynayacaqlar
- Samir Şərifov: “FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk”
- “Atletik” - “Qarabağ” matçını bu hakim idarə edəcək
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”