“Sabah” – "Selye" oyununa 5000 bilet satılıb
09.07.2025 - 15:47
UEFA Avropa Liqasınının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – "Selye" (Sloveniya) oyununa bilet satışı davam edir.
Apasport.az xəbər verir ki, artıq 5000 bilet satılıb (stadionun tutumu 8700 yerlikdir).
Biletləri “iticket.az” saytından və “Bank Respublika Arena”nın kassalarında da əldə etmək mümkündür.
Qeyd edək ki, “Sabah” – "Selye" matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.
- İngiltərə millisinin üzvü “Yunayted”də 300-ə çatdı
- “Arsenal”da mövsümün ən yaxşısı müəyyənləşdi
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- Premyer Liqada gərgin an: Əvəzləmək istədilər, futbolçu meydandan çıxmadı - VİDEO
- "Fənərbaxça" – "Reyncers" matçı bu kanalda
0
0