“Sumqayıt”ın hazırlıq planı məlum olub
08.07.2025 - 15:18
“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.
Apasport.az xəbər verir ki, iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” Futbol Klubu məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.
Ayın 25-də Qəbələyə yola düşəcək komandamız hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.
Qeyd edək ki, rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə yaxın müddətdə məlumat veriləcək.
- Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
- "Formula 1": Çin Qran-prisi ilə müqavilənin müddəti uzadılıb
- Qurbanova kömək edə bilməyəcəklər: "Qarabağ"da zədə problemləri
- İspaniya millisinin üzvü "Trabzonspor"u yox, "Flamenqo"nu seçdi
- DÇ-2026: Azarkeşlər bilet alarkən… - ARAŞDIRMA
0
0