Vernidub istədi, "Neftçi" bu mövqe üçün hərəkətə keçdi - ÖZƏL
10.04.2026 - 13:39
“Neftçi” transfer çalışmalarını davam etdirir.
“Ağ-qaralar” müdafiə xəttinə tam fokuslanıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı təmsilçisinin baş məşqçisi Yuri Vernidub rəhbərlikdən sol cinah müdafiəçisi transfer edilməsini tələb edib.
Həmin zonada Mustafa Sekin çıxışını yetərli hesab etməyən ukraynalı mütəxəssis, əsl mövqeləri yarımmüdafiə olan Luis Ortis və Sessi Dalmeydanı da burada yoxlayıb.
Vernidub yeni mövsüm üçün bu sahəyə ixtisaslaşmış oyunçunun transferini istəyib.
Qeyd edək ki, “Neftçi” hazırda 40 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.
0
0