“Çətin oyun keçdi. İlk hissədə yaxşı çıxış etdik, lakin ikinci hissədə müdafiədə ciddi boşluqlar buraxdıq. Bu səhvlər qələbə qazanmağımıza mane oldu".
Bu sözləri Apasport.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Xorxe Silva “Qarabağ”la oyundan (1:2) sonra deyib.
Portuqaliyalı müdafiəçi “Qarabağ”a qarşı oynamağın çətinliyindən danışıb: “Ancaq “Qarabağ”ın gücünü də nəzərə almaq lazımdır. Bu komandaya qarşı 90 dəqiqə eyni tempdə oynamaq çox çətindir. Artıq qarşıdakı oyuna köklənməliyik. Qarşımızda bizi “Karvan-Yevlax”la görüş gözləyir".
29 yaşlı futbolçu komandanın hər zaman qələbə məqsədi ilə meydana çıxdığını vurğulayıb: “Təəssüf ki, liqanın favorit komandalarına qarşı görüşlərdə istədiyimiz nəticəni əldə edə bilmirik. Lakin qeyd etdiyim kimi, hər oyuna qələbə əzmi ilə çıxırıq. Heç bir amil bizim motivasiyamıza təsir göstərə bilməz".
- Okan Buruk: “UEFA bu böyük səhvi cəzalandırmalıdır”
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- “Arsenal”ın müdafiəçisi “Kruzeyro”da - RƏSMİ
- "Tottenhem" "Real"ın futbolçusu üçün 85 milyonu gözdən çıxarıb
- “Bornmut”un futbolçusu Premyer Liqada klubunu dəyişəcək