Yeqor Xvalko: “Kəpəz”də problem baş məşqçidə deyil”
22.09.2025 - 22:09
Yeqor Xvalko: “Kəpəz”də problem baş məşqçidə deyil”

"Kəpəz"dən ayrıldıqdan sonra Qazaxsıtanın "Tobol" klubuna keçən və komanda ilə çempionluq mübarizəsi aparan Yeqor Xvalko Apasport.az saytına müsahibə verib.

- Qazaxıstanda işlərin deyəsən pis getmir. Komandan hazırda 3-cü pillədə qərarlaşıb və çempionluq mübarizəsi aparır...
- Bəli, hər şey yaxşı idi. Son oyunda əsas rəqibimizə uduzduq. 60 dəqiqə azlıqda oynamalı olduq. Amma nə qədər ki, şans var, biz hazırıq və mübarizə aparacağıq.

- Azərbaycan futbolu ilə və ya ""Kəpəz"i izləyirsən? Səncə, "Kəpəz" nəyə görə hazırda pis durumdadır?
- Bəzi oyunlara, o cümlədən “Kəpəz”in oyunlarına baxıram. Bu haqda danışmışam, kluba yeni adamlar gəlib. Azərbaycan mətbuatında oxuduğum qədərilə, klubdan göndərilən adamlar öz işlərini görə bilmirlər. Mən şokdayam. Bu insanlar üç il ərzində bütün çətinliklərin öhdəsindən gəliblər, indi isə bacarmırlar? Bu absurddur. Çətinlikləri birlikdə dəf etmişdik. Mən yalnız öz baxış bucağımdan danışıram, səhv başa düşülməsin. İlqar Nadiri 3 il idi ki, komandanın özəyini qorumaq istəyirdi, lakin başqa klublar futbolçulara daha yaxşı şərait təklif etdiyindən buna nail ola bilmirdi. İndi isə onun bu addımı atmasının qarşısı alınıb. Mən şəxsən bilirəm ki, o, bu mövsüm hansı futbolçuları komandada saxlamaq istəyirdi, amma ona icazə verilmədi.

- "Kəpəz" 5 turdan sonra qalib gəlməyib. Adil Şükürovun istefası gözlənilir. Bu haqda fikrin necədir? Səncə, problem baş məşqçidədir?
- Xeyr, mən belə düşünmürəm. Mən Adil müəllimi komandada olanda yaxşı tanımışam. Onun vaxtında maraqlı futbol oynayırdıq. Mən onu məşqçi kimi bəyənirdim, ona görə də deməzdim ki, məsələ ondadır.

- Qazaxıstan və Azərbaycan Premyer Liqası. Hansı fərqlər var? Səviyyə fərqi çoxdur?
- Ən böyük fərq odur ki, Qazaxıstan böyük ölkədir və oyunlardan sonra stadiona çatmaq üçün çox zəhmət tələb olunur. Düşünürəm ki, “Qarabağ” olmasa, demək olar, eyni çempionatdır. Üstəlik, burada 14 komanda var. Gələn mövsüm komanda sayı 16-ya çatacaq. Bu, mənim üçün müsbət haldır, çünki Azərbaycanda bir mövsümdə eyni komandalara altı dəfə qarşılaşmışam. Məncə, Azərbaycanda daha yaxşı infrastruktur mövcuddur.

- Son vaxtlarda "Qarabağ" haqda Qazaxıstanda deyəsən çox danışırlar. Əsasən nə danışırlar? komanda yoldaşların səndən "Qarabağ" haqda soruşur?
- “Qarabağ”ın səviyyəsinə gəlincə, onlar bu mərhələdə əla görünürlər. Afərin onlara. 2:0 geridə olduqları oyunda qalib gəlmək böyük uğurdur. İlk növbədə, çoxları çempionatın səviyyəsi və ümumilikdə ölkə ilə maraqlanırdı.