"Neftçi" daha bir amerikalı oyunçu ilə anlaşıb
28.08.2025 - 12:18
FİBA Avropa Kubokunda çıxış edəcək "Neftçi" basketbol komandası heyətini daha bir legionerlə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda amerikalı basketbolçu Kvindarios Braunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı idmançı ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Braun sonuncu mövsümü Litvanın "Yuventus Utena" klubunda keçirib.
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- Rövşən Nəcəf: “Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk”
- Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
- “Fənər”in yeni sponsoru bəlli oldu
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
0
0