DÇ: “Real” “Əl-Hilal”la bacarmadı
19.06.2025 - 00:59
DÇ: “Real” “Əl-Hilal”la bacarmadı

ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, günün ikinci matçı H qrupunda keçirilib.

"Real Madrid" Səudiyyə Ərəbistanını təmsilçisi "Əl-Hilal"la qarşılaşıb.

Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

H qrupu
I tur

20:00. "Real Madrid" (İspaniya) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1:1