Fransa qalib gəldi - MBAPPE 50-yə çatdı
08.06.2025 - 22:58
UEFA Millətlər Liqasında üçüncü yer uğrunda Almaniya və Fransa üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, fransızlar rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
"Real Madrid"in forvardı Kilian Mbappe bu matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, həmçinin Fransa millisində 50 qola ən tez çatan (90 oyun) futbolçu olub.
Qeyd edək ki, yığma komandanın heyətində ən çox qol Olivye Jiruya aiddir - 57 qol.
- Premyer Liqa: Autsayderlər xalları böldülər - YENİLƏNİB
- “Azərbaycan futbolunun dünya xəritəsində olmasından zövq almalıyıq”
- AVF rəsmisi Çempionlar Liqası matçına təyinat alıb
- “Yuventus” daha bir “fənərli”yə “göz dikdi” – rəsmi təklif göndərildi
- “Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək
0
0