“Düşünürəm ki, bu oyunda qələbəyə layiq idik”.
Apasport.az xəbər verir ki, bu sözləri “Çelsi”nin argentinalı vingeri Aleksandro Qarnaço deyib.
O, komandasının daha üstün oynadığını qeyd edib: “Çox sayda qol vəziyyəti yaratdıq. Biz “Çelsi”yik və hər oyunu qazanmaq üçün meydana çıxırq. Burada xal itirmək bizim üçün xoş olmayan haldır".
Qarnaço məşqçi heyətinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdığını vurğulayıb: “Həmişə komandanın tapşırıqlarını yerinə yetirməyə səy göstərirəm. Öz oyunumla kömək edib qol vurmağa çalışıram. Amma bu kifayət deyil - qələbə qazanmalı idik. Belə uzun səfərlər asan deyil, amma vəziyyət belədir, bunu etməliyik. Bu, bəhanə ola bilməz”.
Argentinalı futbolçu azarkeşlərin dəstəyinə görə minnətdarlığını da ifadə edib: “Harada olur-olsun, azarkeşlərin yanımızda olması hər zaman çox önəmlidir. Onlar gəlib bizi dəstəklədilər və buna görə onlara minnətdarıq”.
- "Qalatasaray"ın "Saracoğlu" fəthi - "Fənər" yenə bacarmadı - YENİLƏNİB
- Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi keçirilib
- Tahir Gözəl: “Qarabağ” millinin uğurları üçün real iş görməlidir” – MÜSAHİBƏ®
- “Yunayted” dördüncü liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI
- Ndidi "Beşiktaş"da