Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Napoli” (İtaliya) - “Qarabağ” matçının (2:0) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Komandamızın oyunundan razı qaldım. Məğlub olmağımıza baxmayaraq, futbolçularımız çəkinmədilər, sona kimi mübarizə apardılar və cəsarətli oyun göstərdilər. Qarşımızda keyfiyyətli futbolçuları olan komanda var idi. Belə rəqiblə sona kimi vuruşduq. Belə də davam etməliyik. Bu turnirdə keçirdiyimiz hər oyundan həzz almalı və böyümək üçün inamlı çıxış etməliyik”.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- AFFA Lənkəran təmsilçisinin şikayətini təmin etməyib
- Saşa İliç: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik"
- "Qarabağ" braziliyalı ilə razılığa gəldi - Qaldı rəsmi müqavilə
- “Fənər” “Tottenhem”in ulduz futbolçusunu istəyir