Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib
05.09.2025 - 17:32
Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, Səidcəmşid Cəfərov ilk döyüşünü xeyrinə bitirib.
75 kq-da mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.
O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək.
Qeyd edək ki, döyüş sentyabrın 9-da olacaq.
- Yüksel Yıldırım: “Panatinaikos”a meydanı dar edəcəyik”
- “Şamaxı”dan böyükhesablı qələbə - YENİLƏNİB
- “Barselona”nın sabiq prezidenti təzminat alacaq – 232 min avro
- Naxçıvan təmsilçisi amerikalı legioneri ilə yollarını ayırıb
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
0
0