Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
04.09.2025 - 16:54

Azərbaycan boksçusu Zaur Qəhrəmanov Liverpulda dünya çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan milli 1/32 finalda Denis Brillə (Almaniya) qarşılaşıb.
Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.
O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.
Qeyd edək ki, görüş sentyabrın 7-də olacaq.
0
0