Cüdoçumuz dünya üçüncüsü olub
04.11.2025 - 00:43
Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib.
+100 kq çəki dərəcəsində tatamiyə çıxan idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.
- Pavel Şafranko: “Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq”
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- Türkiyə səfərdə ABŞ-ni məğlub etdi
- Millimiz Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb
- İslam Oyunları: Yığmamız Liviyanı məğlub edib - FOTO
0
0