Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO
19.09.2025 - 18:06
Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.
1/4 finalda isə o, Olimpiya çempionu, dördqat dünya və yeddiqat Avropa çempionu, erməni güləşçi Artur Aleksanyanla qarşılaşıb və rəqibini "tuşla" məğlub edib.
Bu qələbə Azərbaycan güləşçilərinin Aleksanyan üzərində qazandığı ilk tarixi zəfər kimi yadda qalıb.
- “Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- “Kəpəz” və “Panatinaikos” rəsmiləri görüşüblər
- Taekvondoçularımızdan möhtəşəm uğur: ÜMUMİLİKDƏ 22 medal - FOTO
- Ərəblər millimizin üzvü ilə maraqlanır - 1+1 illik müqavilə təklif edəcəklər
0
0