Azərbaycanın həndbol üzrə Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları Portuqaliyanın Kovilya şəhərində keçiriləcək Universiadada iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, Avropa Həndbol Federasiyasının “Gənc hakimlər layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.
Hakimlərimiz qarşılaşmaları idarə etməklə yanaşı, təşkil olunacaq seminarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.
Qeyd edək ki, Ləman və Aydan Həmidova ötən il İsveçin Göteborq şəhərində açıq Avropa çempionatında da hakimlik ediblər.
- Yaponiya millisinin üzvü "Milan"ın radarında
- Emin Mahmudov: “Ayxan Abbasovun millidə qalmasını istəyərəm”
- Füzuli Məmmədov: “Neftçi” mərhələni keçəcək potensiala malikdir”
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- "Nyukasl" Norveçli forvardı istəyir - 50 milyon avronu gözdən çıxarıb